Siyasət

İspaniya mətbuatı Ermənistanın Qarabağ cəbhəsindəki son itkilərindən yazır

18 İyun 2017 16:18
0 Şərh     Baxış: 2 007

İspaniyanın "La Vanguardia" nəşri EFE agentliyinin Yerevan və Bakıdakı mənbələrinə istinadən Qarabağ cəbhəsindəki son hadisələrdən yazır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə qeyd olunur ki, separatçı qurumun "müdafiə nazirliyi" son 48 saatda Dağlıq Qarabağda 4 erməni əsgərinin həlak olduğunu bildirib. Azərbaycan tərəfi isə ermənilərin 5 nəfər itki verməsini bəyan edib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə işğal altında olan Azərbaycan torpaqlarının azad olunacağını bəyan etməsindən bəhs edilir. Bildirilir ki, Azərbaycan ordusu iyun 19-dan 23-dək növbəti taktiki təlimlər keçirəcək.

Məqalənin sonunda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.