Siyasət

"Qarabağda 1750 PKK-çı var" - Gülbeydən sensasion iddia

18 İyun 2017 16:11
3 Şərh     Baxış: 2 173

Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey növbəti dəfə Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Göksel Gülbey bu dəfə Ermənistanın işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaratdığını və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirildiyini bildirir.

ASİMDER başqanı deyir ki, erməni gənclər artıq işğal altındakı Azərbaycan ərazilərində hərbi xidmət keçmək və ölmək istəmir. Nəticədə Avropaya və Rusiyaya qaçıb gedirlər. "Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə Ermənistan İranda qeyri-leqal yaşayan əfqan mühacirlərə gözünü dikib. Ermənistan maddi sıxıntı içərisində yaşayan əfqan mühacirlərin və PKK-çıların içərisindən özünə muzdlu əsgərlər tutur"- dərnək başqanı bildirib.

Fotoda: Göksel Gülbey

Gülbeyin sözlərinə görə, Suriyaya dəstək üçün 400-ə qədər PKK-çı Ermənistana gəlib. "Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Üzərlərində erməni uniforması var, amma Ermənistan bunları qəbul etmir. Bax bunlar PKK-dan gələn muzdlu əsgərlərdir"-uydurma erməni iddialarına qarşı mübarizəni öz bildiyi kimi aparan ASİMDER başqanı bildirib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    HM · 18 İyun 16:2160

    Əla adı var bu dərnəyin: Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi

    Cavab yaz
  • Anonim
    $.$.$. · 18 İyun 17:4210

    bu dıqaların hec vaxt hec nə ucun əsasları olmuyub olmuyacaq da

    Cavab yaz
  • Anonim
    ****** · 19 İyun 10:4600

    TÜRKİYƏ VƏ AZƏRBAYCANIN DÜŞMƏNLƏRİNİN EYNİ OLDUĞU ÜZƏ CIXIR DEMƏLİ MÜBARİZƏMİZİ BİR YERDƏ APARMALIYIQ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.