Siyasət

"Xan sarayının möhtəşəmliyinə, gözəlliyinə heyran qaldım" - Mariya Anxela Olqin

17 İyun 2017 21:56
1 Şərh     Baxış: 748

Elə bil cənnətə düşmüşəm. Ölkənizin çox gözəl təbiəti var. Dünəndən bəri Şəkini gəzirəm. Xan sarayının möhtəşəmliyinə, gözəlliyinə heyran qaldım. Çox cəlbedici və təkrarolunmaz abidədir. Sarayı əhatələyən uca dağlar, yamyaşıl təbiət, həyətdəki hündür ağaclar çox xoşuma gəldi. Bu gözəl diyara səfər etdiyimə görə özümü xoşbəxt sanıram.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Kolumbiyanın xarici işlər naziri xanım Mariya Anxela Olqin Şəkidə jurnalistlərə müsahibəsində deyib.

Səfərindən çox məmnun qaldığını söyləyən kolumbiyalı nazir, Azərbaycan xalqının qonaqpərvərliyinin, istiqanlılığının, yüksək mədəniyyətinin və nəzakətliliyinin onda xoş təəssürat doğurduğunu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    pərviz · 18 İyun 02:1900

    Şəki Azərbaycanın fəxri

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.