Siyasət

Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olundu

17 İyun 2017 13:03
0 Şərh     Baxış: 246

"Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli­ prioritetlər və əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının Bakı Bəyannaməsi qəbul olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bəyannamədə qeyd olunub ki, insan hüquq və azadlıqlarına hörmət edilməsi və bu hüquq və azadlıqların təmin edilməsi dayanıqlı, inkişafın əsas şərti hesab edilir.
"Bu bəyannaməni qəbul edərək Ombudsman institutlarının, Milli İnsan Hüquqları təsisatlarının Dayanıqlı İnkişaf məqsədlərinin uğurla və hərtərəfli həyata keçirilməsində əvəzsiz rolunu nəzərə alaraq bu təsisatların ikitərəfli əsaslarla və ombudsmanların beynəlxalq təşkilatları çərçivəsində əməkdaşlığının gücləndirilməsinin, informasiya və təcrübə mübadiləsinin, müsbət təcrübənin yayılmasının zəruriliyini qeyd edirik", - deyə, Bakı Bəyannaməsində vurğulanıb.
Bununla da Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı işini yekunlaşdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.