Siyasət

Azərbaycanlı deputat Sankt-Peterburqda idman kompleksi inşa etdirəcək - FOTO

16 İyun 2017 16:55
0 Şərh     Baxış: 810

Sankt-Peterburq şəhər İvanovski dairəsinin Bələdiyyə Şurasının deputatı Elşən Həmzəyev Su İdman Sarayı tikintisi hüququnu əldə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, idman-saölamlıq kompleksi Leninqrad vilayətinin Vsevolojsk rayonunda inşa olunacaq.

Qeyd edək ki, Leninqrad vilayəti sağlam həyat tərzi proqramını həyata keçirir və bu proqram çərçivəsində su idman növləri üçün obyekt tikintisi üçün torpaq sahəsi ayrılıb. İdman obyektinin tikintisinin sifarişçisi "Lenoblsport" təşkilatıdır, podratçı isə E.Həmzəyevin nəzarəti altında olan "SMU-16" şirkətidir.

Deputatın sözlərinə görə, hazırda tikinti üçün sahənin təmizlənməsi və binanın texniki layihəsinin razılaşdırılması işləri gedir. Layihədə böyük hovuz, tribunalar, fitness avadanlıqları, eləcə də bütün zəruri idman inventarı nəzərdə tutulub. Bundan əlavə, kompleksə mehmanxana, kafe, məişət xidmətləri obyektləri daxil olacaq.

İdman kompleksinin istismara 2019-cu ildə veriləcəyi nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.