Siyasət

Əfqan Muxtarlı ilə bağlı qətnaməyə XİN-dən reaksiya

16 İyun 2017 11:21
Baxış: 375

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qətnaməyə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, XİN nümayəndəsi qətnaməni qərəzli adlandırıb:

"2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.

Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27-si bitərəf qalıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.