Siyasət

Aİ: "İnsan alveri fundamental hüquqları təhlükə altına qoyur"

12 İyun 2017 11:06
0 Şərh     Baxış: 565

İnsan alveri bütün dünyanı, o cümlədən Avropa İttifaqını (Aİ) və insanların fundamental hüquqlarını təhlükə altına qoyur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bu gün "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialın artırılması" layihəsinin açılış mərasimində deyib.

O qeyd edib ki, insan alverinə qarşı mübarizə Aİ-nin gündəliyində duran ən vacib məsələlərdən biridir:

"Dünya ölkələrinin bu istiqamətdə birgə fəaliyyət göstərməsi və bu bəlaya qarşı birgə mübarizə aparması mühüm əhəmiyyət kəsb edir. Biz Azərbaycanla bu istiqamətdə layihənin həyata keçirilməsinə çox şadıq. Avropa İttifaqı Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq edir".

M.Mard bilirib ki, Aİ-nin Azərbaycanla əməkdaşlıq təcrübəsi var və bir çox layihələr uğurla icra edilib:

"İnanıram ki, bu layihə də uğurla icra olunacaq və insan alverinə qarşı mübarizəyə öz töhfəsini verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.