"NATO Rusiya ilə dialoqa hazırdır və yeni "silah yarışı" başlamaq istəmir".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
"Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. NATO yeni "soyuq müharibə" və "silah yarışı" başlamaq istəmir. Dialoqu isə Rusiya-NATO Şurası xətti ilə bərpa etmək mümkündür", - deyə Y.Stoltenberq bildirib.
Bununla belə baş katib qeyd edib ki, Rusiya Şərqi Avropada vəziyyəti qeyri-stabillik yaratmaqda davam edir. Bu səbəbdən Alyans Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstanda hərbi iştirakını artırmaq məcburiyyətindədir.
Milli.Az