Siyasət

Fransanın yeni prezidentinin Dağlıq Qarabağ MÖVQEYİ AÇIQLANDI

2 İyun 2017 17:10
3 Şərh     Baxış: 4 309

"Hesab edirəm ki, Fransanın yeni prezidenti Emmanuel Makronun mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.

Diplomat deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.

Səfir qeyd edib ki, Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır:

"O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Güman edirəm ki, onun mövqeyi də bu problemin sülh yolu ilə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk qrupunun rolunu da vurğulayıram. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmasıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.