Siyasət

Tramp QƏRAR verdi: ABŞ Paris sazişindən çıxdı

31 May 2017 16:32
0 Şərh     Baxış: 1 199

ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərarı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə informasiya ABŞ KİV-lərində yer alıb.

Məlumatda qeyd olunur ki, sazişdən çıxışın detalları bir qrup məmur tərəfindən hazırlanır.

Qeyd edək ki, ötən həftə sonu "Böyük yeddilik" ölkələrinin liderləri iqlim məsələləri bağlı sazişdə vahid mövqeyə gəlməyə çalışsalar da, ABŞ-ın mövqeyi səbəbi ilə bunun mümkün olmayacağını bəyan ediblər.

D.Tramp isə öz növbəsində sazişlə bağlı yekun qərarını bu həftə açıqlayacağını bildirib və KİV-lərdə yayılan informasiya qərarın artıq verilməsindən xəbər verir.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.