Siyasət

Putin və Ərdoğan arasında telefon danışığı olub

27 May 2017 23:43
0 Şərh     Baxış: 992

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Prezidentlər iki ölənin strateji tərəfdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyiblər.  Bu kontekstdə ticarət-iqtisadi sahədə məhdudiyyətlərin götürülməsinə dair razılaşmaların icrası və energetika sahəsindəki "Akkuyu" AES və "Türk axını" qaz borusunun tikintisinə dair birgə iri layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.
 
Ölkə liderləri Suriyada deeskalasiya zonalarının yaradılması haqqında Memorandumun tezliklə icrasının vacibliyini qeyd ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.