Siyasət

"Azərbaycan idmançılarının uğuru Türkiyə xalqı üçün çox dəyərlidir"

27 May 2017 15:05
Baxış: 1 456

"Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı uğuru Türkiyə xalqı üçün çox dəyərlidir".

Milli.Az bildirir ki, bunu Trend-ə müsahibəsində Türkiyənin idman və gənclər naziri Akif Çağatay Kılıç deyib.

Nazirin sözlərinə görə, Azərbaycan son illərdə idmana qoyduğu investisiyaların bəhrəsini görməyə başlayıb:

"Azərbaycanlı idmançıların IV İslam Həmrəyliyi Oyunlarındakı qələbəsi qardaş ölkənin doğru istiqamətdə hərəkət etdiyini göstərir. Birinci Avropa Oyunlarından iki il sonra Azərbaycan bir daha dünyaya idman yarışlarını təşkil etmək bacarığını nümayiş etdirdi".

Nazir qeyd edib ki, Türkiyə Bakıdakı İslamiadada tarixi uğura nail olub və bu Oyunların İstanbulda da uğurla keçiriləcəyindən əmin olduğunu deyib:

"Son illərdə Türkiyə idmana investisiyalardan müsbət nəticələr əldə edir. Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən 103 türkiyəli idmançının orta yaşı 26 təşkil edib. Bu isə gələcəyə ümidlə baxmağa imkan verir. Türkiyənin Gənclər və İdman Nazirliyi Olimpiya idmançılarının hazırlığı üçün çoxlu layihələr həyata keçirir. Biz Azərbaycanla bu sahədə təcrübəmizi bölüşməyə hazırıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.