Siyasət

Milli Məclisin nümayəndə heyəti Latviyaya səfər edəcək

27 May 2017 12:50
Baxış: 521

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti mayın 28-dən 30-dək Latviyada səfərdə olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə deputatlar Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri Latviya Seymində olacaq, ölkə parlamentinin fəaliyyəti, qanunvericilik yaradıcılığı və deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olacaqlar.

Seymin binasında Milli Məclisin sədri Latviya Seyminin spikeri xanım İnara Murniyetse ilə görüşüb, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivi barədə geniş fikir mübadiləsi aparacaq. Söhbətdə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının əhəmiyyəti və deputatlann qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəi barədə danışıqlar aparılacaq.

Səfər çərçivəsində parlamentin spikeri O.Əsədovun Latviya Prezidenti, ölkənin Baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq.

Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Azərbaycanin milli bayramı - 28 May Respublika Gününə həsr edilmiş tədbirdə iştirak edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.