Siyasət

Rusiyanın ümidi Polad Bülbüloğlunadır

27 May 2017 09:32
2 Şərh     Baxış: 2 376

Moskvada Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə qəbulun gedişi zamanı Rusiya XİN başçısının müavini Qriqori Karasin virtualaz.org-a bildirib ki, UNESCO-nun baş direktorunun seçkilərində Rusiya Polad Bülbüloğlunun namizədliyini dəstəkləyir.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, rusiyalı diplomatın sözlərinə görə, Polad Bülbüloğlu bu vəzifəyə ən yaxşı namizədlərdəndir.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Təhsil, Elm və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının baş direktoru vəzifəsinə rəsmən namizəddir. Onun namizədliyi Azərbaycan tərəfindən UNESCO-nun İcraiyyə Şurasına təqdim edilib. Seçkilər bu ilin payızında keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.