Siyasət

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

26 May 2017 20:37
Baxış: 1 119

20:37

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizə ehtiramımı bildirim və Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün əhalisinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və rifah arzu edirəm.

Uzun illər boyu bizim regionlarımız arasında qarşılıqlı faydalı dostluq münasibətləri inkişaf edir və möhkəmlənir. Heydər Əliyev Fondu tərəfindən Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa edilməsi buna növbəti parlaq sübutdur.

Səmimi qəlbdən ümid edirəm ki, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcək və möhkəmlənəcək".

XXX

İsveçrə Konfederasiyasının Prezidenti Doris Loythard Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Gününün qeyd olunması mənə İsveçrə Federal Şurası adından Zati-alinizə səmimi təbriklərimi, ölkənizin inkişafı, həmçinin xalqınızın cansağlığı və rifahı üçün ən xoş arzularımı çatdırmağa gözəl imkan yaradır.

Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı inam və dostluq əlaqələri qarşıdan gələn illərdə daha da dərinləşəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

-----------

12:29

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğumu bildirirəm.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram".

XXX

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.

Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.