Siyasət

Tomislav Nikoliç: "Serbiyanın Azərbaycanla hərtərəfli əməkdaşlığı və strateji əlaqələri uğurla inkişaf edəcək"

26 May 2017 12:53
Baxış: 433

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Prezident İlham əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

"Hörmətli cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə hərtərəfli inkişaf arzulamaqdan çox məmnunam.

Əminəm ki, Serbiya Respublikasının Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığı və strateji əlaqələri qarşıdan gələn illərdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək.

Gözəl ölkənizə etdiyim səfərlər zamanı səmimi qarşılanmaya, mehriban və konstruktiv söhbətlərimizə, həmçinin Serbiya Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək siyasətinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.