Siyasət

"Hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə xidmət edir"

25 May 2017 17:40
Baxış: 1 147

"Azərbaycanda keçirilən hər beynəlxalq idman yarışı ölkəmizə çoxsaylı turistlərin gəlməsinə, eyni zamanda bu yarışların, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının beynəlxalq, xarici telekanallarda izlənilməsinə və bununla da Azərbaycanın təbliğinə xidmət edir".

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, belə oyunların Azərbaycanda keçirilməsi ölkəmizin bir dövlət kimi dünyada nüfuzunun artmasında, Azərbaycanla yüksək münasibətlərin qurulmasında özünü göstərir.

Deputat qeyd edib ki, Azərbaycanın müasir dövlətçiliyinin inkişafında idman sahəsi də xüsusi yer tutur:

"Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına ciddi şəkildə dəstək olması artıq öz bəhrəsini verir. Hər bir ölkənin inkişafında idman faktoru çox böyük rol oynayır. Azərbaycanda müasir dövlətçiliyin inkişafında bütün sahələrə ciddi diqqət yetirilir. İdman sahəsi isə burada xüsusi yer tutur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.