Siyasət

Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək

25 May 2017 11:20
1 Şərh     Baxış: 1 724

Xocalı hava limanından hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən "Aviasiya Haqqında" Qanuna və "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"na uyğun tədbirlər görüləcək.

Milli.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

Bildirilir ki, Xocalı hava limanının Azərbaycanın Respublikasının Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, "Aviasiya Haqqında" Qanuna uyğun olaraq bu ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib.

Uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən "Aviasiya Haqqında" Qanuna və "Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları"na uyğun tədbirlər görüləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.