Siyasət

Ərdoğan Azərbaycanla bağlı sənədi təsdiq etdi

24 May 2017 11:35
0 Şərh     Baxış: 1 426

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında gömrük məsələləri üzrə birgə komitənin yaradılması haqqında Anlaşma Memorandumunu təsdiq edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, memorandum 2015-ci il yanvarın 15-də Ankarada imzalanıb.

Birgə komitə tərəflər arasında gömrük işi sahəsində, o cümlədən gömrük nəzarətinin səmərəliliyini artırmaq və tərəflər arasında mallar və nəqliyyat vasitələrinə dair məlumatları ötürməklə gömrük prosedurlarını asanlaşdırmaq üçün layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı əlaqələndirəcək, əməkdaşlığın əsas sahələrini və istiqamətlərini müəyyən edəcək.

Komitənin iclasları növbə ilə Türkiyə və Azərbaycanda ildə bir dəfə keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.