Siyasət

Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı

23 May 2017 18:45
Baxış: 524

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyaya səfəri zamanı Azərbaycan və Latviya parlamentlərarası münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə  Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq.

Səfər zamanı parlament sədrinin Latviya prezidenti Raymond Veyonis, Seymin spikeri İnara Murnietse, baş nazir Maris Kuçinski və iqtisadiyyat naziri Arvil Aşeradenlə görüşəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.