Siyasət

Səfir: "IV İslam Həmrəyliyi Oyunları gənclərin idmana marağını artıracaq"

23 May 2017 16:54
Baxış: 607

"Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını Azərbaycanın son illərdə fəal şəkildə təşkil etdiyi idman tədbirlərinin davamı hesab etmək olar".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

O bildirib ki, bu Oyunların gənclərin idmana, eləcə də sağlam həyat tərzinə marağını artıracağına ümid edir.

Səfir deyib ki, Oyunların açılış və bağlanış mərasimlərini, eləcə də tennis yarışlarını izləyib.

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.