Siyasət

Türkiyədəki Azərbaycan diasporunun Rusiyadan tələbi

23 May 2017 11:37
0 Şərh     Baxış: 1 226

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Rusiya Federasiyası Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıb.

Diasporla İş üzrə Dövət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin müvafiq qərarını qınayıblar.

Bölgədə Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olduğunu və hazırda da bu münasibətlərin davam etdiyini diqqətə çatdıran diaspor nümayəndələri vurğulayır ki, Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib.

Bəyanatda o da deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək yerinə azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan ÜAK-ın qeydiyyatının ləğvi qəbulolunmazdır.
 

"Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atmasını tələb edirik" - bəyanatda belə deyilir.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.