Siyasət

"Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil" - Rusiya XİN

21 May 2017 16:39
0 Şərh     Baxış: 1 555

"Ümumrusiya Azərbaycan Konqresinin" (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.
"Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır", - deyə o qeyd edib.

"Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir", - deyə diplomat bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.