Siyasət

Əfsanəvi Valentin Qaft Qarabağdan danışdı

20 May 2017 13:01
1 Şərh     Baxış: 2 123

Məşhur sovet və rus kino-teatr aktyoru, SSRİ-nin xalq artisti Valentin İosifoviç Qaft haqqin.az-a müsahibə verib.

"Sovremennik" teatrı ilə keçən əsrin 70-ci illərində Bakıda qastrol səfərlərində olan aktyor yenidən Azərbaycan paytaxtına gəlmək və burada çıxış etmək arzusunda olduğunu dilə gətirib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, müsahibəsində Qarabağ münaqişəsinə də toxunan aktyor postsovet məkanında silahlı münaqişələrin onu çox narahat etdiyini bildirib.

"Bu dəhşətlidir. Dəhşətli odur ki, bütün bunlar indiyə qədər havadan asılı qalıb. Mən hər iki tərəfə (Ermənistana və Azərbaycana-red.) eyni cür yanaşıram. Əgər gələcəkdə də qan töküləcəksə, bu çox qorxuludur. Dözmək, həll yolu axtarmaq lazımdır. Ola bilər ki, nə vaxtsa müdrik insan tapılsın və hər şeyi düzəldə bilsin", - deyə V.İ.Qaft qeyd edib.

O vaxtilə Heydər Əliyevlə görüşündən, onun teatrı necə dərindən bilməsindən də danışıb: "Mənim sizin prezidentiniz Heydər Əliyevlə ünsiyyətim olub. O məndə çox dərin təəssüratlar yaradıb, onu indiyə qədər də xatırlayıram. Bir dəfə bizdə tamaşadan sonra qəbul var idi, onunla həmin vaxt görüşdük. O, teatrı çox gözəl bilirdi, bizim oyunlarımızı çox yaxşı başa düşürdü. Bundan başqa, onun çox gözəl natiqlik qabiliyyəti var idi", - deyə aktyor bildirib.

Müsahibənin geniş variantını haqqın.az saytında bu lingdən oxuya bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.