Siyasət

Almaniya Dağlıq Qarabağ və 7 ətraf rayondakı vəziyyətdən narahatdır

20 May 2017 09:50
8 Şərh     Baxış: 1 269

Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot Avropa Şurasının Nazirlər komitəsinin Kiprdə keçirilən sessiyasında çıxışı zamanı Rusiyanı tənqid edib və Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətdən narahatlıq ifadə edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Mixael Rot Rusiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib. Diplomat habelə Rusiyanın ilhaq etdiyi Krımda beynəlxalq hüquq normalarının pozulduğu, Donbassın separatçıların nəzarətində olan bölgələrində insan haqları və beynəlxalq hüquq normalarına əməl olunması ilə bağlı vəziyyətin ciddi narahatlıq doğurmaqda davam etdiyini deyib.

"Avropa Şurasının insan haqları üzrə müvəkkilinin və digər monitorinq institutlarının bu regionlara qeyri-məhdud çıxış imkanlarını təmin etməyin vaxtı çatıb", - alman diplomat bildirib.

Mixael Rot bildirib ki, bu çağırış  Gürcüstana məxsus Abxaziya və Cənubi osetiyaya, Dnestryanı bölgəyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və yeddi ətraf rayonuna da aiddir. Diplomat Avropa Şurasının bu regionlardakı vəziyyəti monitorinq etməsinə imkan yaradılmasına çağırıb və Baş katib Turborn Yaqlandı öz səylərini bu istiqamətdə qətiyyətlə davam etdirməyə səsləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Roya · 20 May 10:2330

    Ele narahatdilarsa Azerbaycan torpaqlari ucun,onda kecen il ermeni nagli soyqirimi qebul edince,gercek tarix olan Xocali soyqirimini taniyardilar.

    Cavab yaz
  • Anonim
    zen · 20 May 11:1420

    narahatciligi bildirmek lazim deyil ish gormek lazimdi. bosh bosh

    Cavab yaz
  • Anonim
    Ahu · 20 May 12:5610

    Uzumuze deyiller amma bir is gore bilmiller .

    Cavab yaz
  • Anonim
    Ahu · 20 May 12:5700

    Uzumuze deyiller amma bir is gore bilmiller .

    Cavab yaz
  • Anonim
    Ahu · 20 May 13:0111

    Yeqin narahatdir ki azerbaycan 7 rayonu ermeninin elinden alacax.

    Cavab yaz
  • Anonim
    Ahu · 20 May 13:0201

    Yeqin narahatdir ki azerbaycan 7 rayonu ermeninin elinden alacax.

    Cavab yaz
  • Anonim
    Ahu · 20 May 13:0211

    Yeqin narahatdir ki azerbaycan 7 rayonu ermeninin elinden alacax.

    Cavab yaz
  • Anonim
    Ahu · 20 May 13:0411

    Yeqin narahatdir ki azerbaycan 7 rayonu ermeninin elinden alacax.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.