Siyasət

XİN-dən Minsk Qrupunun bəyanatına REAKSİYA

19 May 2017 11:05
5 Şərh     Baxış: 1 433

Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk Qrupu həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may 2017-ci il tarixli standart bəyanatı simptomatik xarakter daşıyır.

Bunu Milli.Az-a ATƏT-in Minsk Qrupu həmsədrlərinin sözügedən bəyanatını şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-ə yaxın Laçın sakini 25 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır:

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərir və Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir. Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanın hava məkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA" zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib. Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur".

O, həmçinin qeyd edib ki, həmsədrlərin bəyanatında Ermənistan silahlı qüvvələrinin keçən ilin aprelində olduğu kimi cəbhənin Ağdam və Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilmir:

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir. Bu hər kəsə çox yaxşı məlumdur. Odur ki, Azərbaycanın Laçın rayonunun işğalının 25-ci ildönümü və Yenilənmiş Madrid Prinsiplərinin Ermənistan prezidenti tərəfindən inkar edilən gün bəyanatla çıxış edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişənin BMT TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Vetenperver · 19 May 11:5120

    Beli cagiris etmeli idiler ama etmediler qarabagi ordumu insallah azad edecek

    Cavab yaz
  • Anonim
    Mamed · 19 May 12:1511

    Bunlarla ən tək yol, biraz da sərt dildə danışmaq lazımdır. Kimdir bunlar biz yaxşı bilirik. Təmsil etdikləri ölkələr (Rusiya, ABŞ, Fransa) birmənalı olaraq ermənistanı dəstəkləyir və bu heç kimə sirr deyil. İllərdir yumşaq danışıqların heç bir faydası olmayıb. Gün kimi aydındır ki, minsk qrupu boş mənasız bir şeydir.

    Cavab yaz
    • Anonim
      Qayim · 19 May 13:3201

      düz deyirsiniz

      Cavab yaz
  • Anonim
    Qayim · 19 May 13:3102

    ermənilər qsrabaqda kef eləyir biz isə gözləyirik . axı nə gözləyirik nə ?

    Cavab yaz
  • Anonim
    Süleyman · 19 May 14:5411

    Nə qədər ki biz ermənilərlə rusların bizə qarşı etdiklərinə göz yumub susuruq belə də olacaq.Əgər biz ermənilərə işğal etdikləri torpaqlarımızı tərk etmək üçün konkret qısa vaxt qoyub əks halda müharibə ilə hədələsək vəziyyət başqa cür dəyişəcək.Biz ermənilərlə artıq 25 ildir mənasız görüşlər keçiririk.Ermənilər isə fikirləşirlər ki yəqin bundan sonra da 25 il görüşlər olacaq və sonra azəbaycanlılar bezib Qarabağdan əl çəkəcəklər.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.