Siyasət

"Tramp "ev tapşırıqlarını" yerinə yetirmir" - Olbrayt narahatdır

18 May 2017 20:25
0 Şərh     Baxış: 993

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt maraqlı bəyanatla çıxış edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  xanım Olbrayt bu bəyanatı ABŞ prezidenti Donald Trampın prezident postunda xaricə ilk səfərinə hazırlıqlar fonunda səsləndirib. Belə ki, o bəyan edib ki, Ağ Evdə nələr baş verməsindən, eləcə də Trampın beynəlxalq işlərdə təcrübəsinin az olmasından narahatdır.

Keçmiş dövlət katibi daha sonra bu fikirlərinə onu da əlavə edib ki, eləcə də Trampın "ev tapşırıqlarını" yerinə yetirməməsi onu narahat edir.

Qeyd edək ki, həftə sonu ABŞ prezidentinin xaricə ilk səfəri gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.