Siyasət

Dövlət qulluqçularının mükafatlandırılması üçün staj müddəti azaldılıb

16 May 2017 21:21
Baxış: 1 474

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Milli.Az bildirir ki, fərmana əsasən 6-cı hissədə "(1 il)" sözləri "(6 ay)" sözləri ilə əvəz edilir.

6-cı hissədə deyilir: "Dövlət qulluqçularının kollektiv mükafatlandırılması staj müddəti (1 il) başa çatmamış olan qulluqçuya (stajçıya) şamil olunmur".

Eyni zamanda fərmanda qeyd olunur ki, 10-cu hissədə isə "attestasiya komissiyasının tövsiyəsi" sözləri "xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsi" sözləri ilə əvəz edilsin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.