Siyasət

ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq

16 May 2017 14:13
0 Şərh     Baxış: 1 673

ATƏT Parlament Assambleyasının 26-cı sessiyası 5-9 iyul tarixlərində Minskdə keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, illik sessiyada 300-dən çox parlamentarinin iştirakı gözlənilir.

Sessiyanın mövzusu "ATƏT məkanında sülh və çiçəklənmə naminə qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi" olacaq.

İclasın yekunu üzrə Minsk Bəyannaməsi qəbul olunacaq.

Həmçinin sessiya çərçivəsində isveçli parlamentari Marqaret Sederfildin ATƏT məkanında münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli məsələsinə toxunan məruzəsi oxunacaq və müzakirə olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.