Siyasət

"Azərbaycanda fəaliyyət göstərən Rusiya QHT-lərinin fəaliyyəti yoxlanılmalıdır"

16 May 2017 12:25
Baxış: 933

Azərbaycanda Rusiya Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinin ölkə qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılması təklif edilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, belə bir təkliflə bu gün Milli Məclisin plenar iclasında millət vəkili Siyavuş Novruzov çıxış edib.

"Azərbaycanın həmişə digər ölkələrlə, o cümlədən Rusiya ilə yaxşı münasibətləri olub. Buna baxmayaraq, təəssüf ki, Rusiyada bəzi adamlar öz maraqlarını dövlətin maraqlarından üstün tuturlar və iki ölkə arasında münasibətləri pozmağa çalışırlar. Bunun qarşısı alınmalıdır".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.