Siyasət

Qarabağ erməniləri erməni deyil

15 May 2017 14:11
9 Şərh     Baxış: 6 701

Dağlıq Qarabağ münaqişəsində ən çox zərər çəkən, itkilər verən, gələcəklə bağlı ümidləri puç olanlar - ilk baxışdan nə qədər paradoksal görünsə də - elə qarabağlı ermənilərdir.

Dağlıq Qarabağdakı ermənilər formal olaraq, rəsmən "erməni" sayılırlar. Lakin erməni millətçilərin, terrorçuların və şovinistlərin qrurbanı olanlar, əslində, erməni deyillər.

Dünyanın müxtəlif ölkələrindən olan və Dağlıq Qarabağa yollanan (təbii ki, bu səfərlərin istisnasız olaraq hamısı qanunsuzdur, çünki belə səfərlərə Azərbaycanın rəsmi icazəsi gərəkdir) jurnalistlər, bloqerlər və siyasətçilər qarşılaşdışları metamorfozanı etiraf edirlər.

Onlar qarabağlı ermənilərin Ermənistanda, yaxud dünyanın digər yerlərində yaşayan ermənilərdən tam, köklü şəkildə fərqləndiklərini deyirlər.

Eyni zamanda, qarabağlı ermənilərin Ermənistan ermənilərinə yox, azərbaycanlılara zahirən çox bənzədikləri də vurğulanır.

"Qarabağlı ermənilərlə azərbaycanlılar, sanki, əkiz qardaşlardır. Adətləri, davranışları, psixotipləri, hətta emosiyaları da eynidir", - Xankəndidə olmuş amerikalı jurnalist demişdi.

Prinsip etibarilə belədir. Qarabağlı ermənilərin psixotip, etnotip və genotip baxımından azərbaycanlıların törəmələridir.

Alimlər hesab edirlər ki, Dağlıq Qarabağ sakinlərinin - ermənilərin və azərbaycanlıların - istisnasız orlaraq hamısı Qafqaz Albaniyasının qədim sakinlərinin övladlarıdır. Sadəcə, Qədim Albaniyada onların bir qismi türk dilində danışmağa başlayıb, sonra da İslamı qəbul edərək müsəlman olub, bir qismi isə erməni plutokratiyasının yürütdüyü hiyləgər siyasət nəticəsində erməni dilini və qriqorian xristianlığını qəbul edib.

Halbuki, həm erməni dili, həm də erməni qriqorian kilsəsi Dağlıq Qarabağ sakinləri üçün təməldən yad elementlərdi.

Dağlıq Qarabağdakı ermənilərlə Ermənistandakı ermənilər arasında genetik baxımdan kəskin fərqlərin olduğuna dəlalət edən bir başqa önəmli məqam isə Ermənistan erməniləri arasında geniş yayılmış genetik xəstəliklərin qarabağlı ermənilərə xas olmamasıdır. Həmin xəstəliklər Aralıq dənizinin şərqi və Balkan yarımadasının cənubunda yaşayan insanlar üçün səciyyəvidir.

Etnoqrafların dediklərinə görə, elə bu məqam ermənilərin Cənubi Qafqafzda gəlmə olduqlarına dəlalət edir.

Beləliklə, Dağlıq Qarabağda genetik ermənilərin yox, sonradan erməniləşdirilən və qan baxımından Ermənistan erməniləri ilə heç bir bağlılığı olmayan Qafqaz Albaniyasının etnik, mədəniyyət və dini baxımdan ermənilərlə heç bir əlaqəsi olmayıb. Albanların kilsəsi gürcü kilsəsi ilə birlikdə pravoslav olduqları halda erməni qriqorian kilsəsi monofizitliyi seçmişdilər.

Ermənilər Qədim Albaniyada kilsəni çökdürmək və ram etmək üçün sürəkli intriqalara əl atırdılar. Məsələn, ermənilər 7-ci əsrin əvvəllərində Sasani İranın hakimiyyət dairələrinin pravoslavlığı yasaq elan etməsinə, indiki Ermənistanda və habelə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan xristianların yalnız monofizit etiqadın "erməni versiyası"na tapınmalarını hökm edən fərman vermələrinə nail olmuşdular.

Mila Avraam "İnternational Society Projects"də yazır ki, əgər Gürcüstanda əvvəlcə katolikos Kirion, sonra da xəzər türkləri və Bizans imperatoru İrakli sayəsində gürcülər erməni keşişlərin həyasızlığını dəf etmişdilərsə (o zamanda xəzərlər Tiflisi ələ keçirərək oradakı bütün pars hakimiyyəti məhv etmişdilər), alban kilsəsinin taleyi daha faciəli oldu. Gürcü kilsəsindən fərqli olaraq alban kilsəsi Qafqaz Albaniyasında "eyni dindənik" deyərək albanları erməniləşdirməyə çalışan erməni keşişlərin təzyiqlərindən azad deyildilər.

Cənubi Qafqaza Ərəb Xilafətinin qoşunlarının yürüşündən və indiki Azərbaycan ərazisində yaşayan türklərin İslamı qəbul etməyə başlamasından sonra alban kilsəsinin müstəqillik qazanaraq erməni keşişlərin istibdadından qurtulmasına şans yaranmışdı. Lakin erməni keşişlər bu dəfə pulla və yaltaqlıqla ərəb əmirlərlə sərkərdələri öz tərəflərinə çəkərək alban kilsəsinin məhvini davam etdirdilər.

Bu zaman albanların dini ədəbiyyatı, müqəddəs kitabları yandırılır, məhv edilir, erməni kitablarla əvəzlənirdi.

Daha sonra erməni tacirlərə böyük güzəştlərin verildiyi Qaraqoyunlu, Ağqoyunlu və sonra da Səfəvi xanədanları dönəmində erməni kilsəsinin alban kilsəsinə hücumları daha da şiddətləndi. Səfəvilər dönəmində alverdən çox böyük gəlirlər əldə edən erməni tacirlərin maliyyələşdirdikləri erməni kilsəsinin hücumlarına, təzyiqinə, təbii ki, Dağlıq Qarabağdakı yoxsul, parçalanmış durumda olan albanlar davam gətirə bilməzdilər.

Beləcə, Dağlıq Qarabağ ərazindəki qədim alban kilsələri dalbadal ermənilərin nəzarətinə keçdi. Ermənilər də özlərinə xas şəkildə həmin kilsələri "bərpa" etmək adı ilə erməniləşdirdilər, imkan tapdıqları hər yerə "xaçkar"lar basdırdılar.

Yüzlərlə, minlərlə faktlar var ki, Qarabağ ərazisindəki qədim alban kilsələrində alban dilində olan yazılar əsrlər sonra erməni əlifbası ilə yazılmış sözlərlə əvəzlənib. İş o yerə çatmışd ki, "erməniləşdirilmiş" kilsələrdə türk və ya alban sözləri qalırdısa, həmin yazıları, ümumiyyətlə, məhv edir, divarlara erməni dilində yeni yazıları həkk edirdilər.

Fəqət, bütün bəlalara və təzyiqlərə rəğmən Dağlıq Qarabağdakı xristian albanlar etnik özünüdərklərini, dillərini uzun müddət qorumuşdular. Hətta 18-ci əsrdə Dağlıq Qarabağda olmuş səyyahlar yazırdılar: "Buradakı ermənilər xristian olub "erməni" adlansalar da, onlarla başqa ermənilər arasında böyük fərqlər var".

Bundan başqa, albanların törəmələri ilə ermənilər arasında əsrlər boyu bufer zonasını oynamış Sünik yepiskopluğu da vardı. Taleyin ironiyasına bax ki, erməni kilsəsinin bu oyuncaq strukturu, ümumiyyətlə, heç bir zaman yerli erməni əhalisi olmamış qədim türk ərazisi Zəngəzurda yaradılmışdı.

Bu isə Dağlıq Qarabağda indi yaşayan ermənilərin, əslində, türklərlə zorla erməniləşdirilmiş albanların törəmələri olduğunu bir daha sübut edir.

Qədim Albaniya ərazisi olan Artsaxın, yəni Dağlıq Qarabağın xristian əhalisinin tam "erməniləşdirilməsi" prosesi 19-cu əsrdə, erməniləri Çar Rusiyasının hakimi-mütləqlərini "Azərbaycandakı xristianlar da ermənilərdir və onları ənənəvi erməni kilsəsinə tabe etdirmək gərəkdir" yalanına inandırmasından sonra başa çatdı. Bunun nəticəsində alban kilsəsi, yəni Albaniya katolikosluğu ləğv edildi və ermənilərin Eçmiədzin katolikosluğuna verildi. Çar Rusiyasında erməni kilsəsinin nəzarətindəki dindarlar erməni hesab olunduğundan Dağlıq Qarabağdakı albanlar da avtomatik olaraq "erməni" sayıldılar.

Və elə o zaman İranla Türkiyədən ermənilərin Dağlıq Qarabağa kütləvi şəkildə köçürülməsi başlandı. İş onda idi ki, Qarabağa yerləşdirilən ermənilərin arasında tacirlər çox idi. Onlar Qarabağda yerli xristianlarla qaynayıb-qarışmır, əlahiddə yaşayırdılar. Gəlmə ermənilər yerli "erməni"lərə qız vermir, qız almır, imkan düşən kimi Çar Rusiyasının digər şəhərlərinə yollanırdılar.

Buna görə də qarabağlı ermənilərin damarlarında erməni qanı olsa da, həddən artıq azdır və bu, elə qarabağlı ermənilərin zahiri görünüşündə də nəzərə çarpır.

Qədim Albaniya sakinlərinin törəmələrinin çox az qismi olan udinləri milli identikliyini qoruya biliblər. Onlar erməni kilsəsinin bütün hücumlarına və təzyiqlərinə, Azərbaycandakı qədim alban xristianlarla bağlı ən kiçik faktları və dəlilləri məhv etməyə yönəlmiş səylərinə rəğmən, dillərini və mədəniyyətlərini saxladılar.

Erməni keşişlər çox məkrli, hiyləgərcəsinə davranırdılar. Albaniya katolikosluğunun "erməniləşdirilmiş" kilsələrinə yalnız gəlmə, erməni keşişlər rəhbər təyin olunurdular. Beləcə, alban xristianlar qan, dil və genetika baxımından doğma ruhanilərdən məhrum olunurdular. Albaniya katolikosluğu erməni kilsəsinin tam nəzarətinə keçəndən sonra yerli alban keşişləri Türkiyədən və İrandan köçürülmüş ermənilər arasındakı keşişlər əvəzlədilər.

"Erməniləşdirmə" prosesi tək dini yox, həm də siyasi müstəvidə aparılırdı. Bu istiqamətdə ermənilərin Daşnaksutyun terror təşkilatı xüsusilə fəal idi. Daşnaklar zorla "erməni" etdikləri albanlar arasında erməni millətçiliyi ruhunun yayılmasına və təbliğinə xüsusi fikir verirdilər. Erməni olduğuna şübhə edən, albanların törəməsi olduğunu deyənlər təqiblərə məruz qalır, əksər hallarda qətlə yetirilirdilər.

Daşnaklar habelə onlara işləmək və "təşkilat"ı maliyyələşdirmək istəməyən erməniləri də məhv edirdilər.

Sovet dönəmində isə kommunistlərin ən böyük, kobud səhvi onların ermənilərin "Ermənistan və Azərbaycan xalqlarının əbədi qardaşlığı, dostluğu" barədə boşboğazlığına inanmaları, bu səbəbdən unikal alban mədəniyyətini, kilsəsini bərpa etmək istəməməsi oldu. Hətta özünü qorumağı bacarmış udin icması belə, sovetlər dönəmində ən cüzi dəstəkdən məhrum olmuşdu.

Əslində, udinləri "erməniləşərək" məhv olmaqdan qoruyan əsas amil onların Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni rəhbərliyinin tələblərini rədd etməsi, təzyiqlərə boyun əyməməsi və bu minvalla da zorakı assimilyasiyaya qurban getməmələri oldu.

Beləliklə, hətta səthi tarixi "gəzişmə" belə göstərir ki, qarabağlı ermənilər qan baxımından və mədəni köklər sarıdan əsla erməni deyillər. Qan baxımından onlar əhəmiyyətli türk komponenti olan qədim albanların törəmələridir.

Qarabağlı ermənilərin indi erməni dilində danışmaları da faktiki olaraq heç nəyi demir.

Nədən ki, hazırda İrlandiya sakinlərinin tam əksəriyyəti dillərini unudaraq ingilis dilində danışırlar: amma onlar soyköklərini unutmayıblar, irland identikliyini qoruyublar.

Fransada da yerli əhali fransız dilində danışır, amma lanqedoklular, burqundlar, provansallar, orleanlılar, avinyonlular "biz fransız deyilik, fransalıyıq" söyləyirlər.

Qədim Albaniyada və sonrakı dövrlərdə Dağlıq Qarabağ ərazisində yaşamış qıpçaqlar, tatlar, udinlər və digər xalqların mənsubları arasında zorla erməniləşdirilənlər, Eçmiədzindəki erməni kilsəsinə tabe edilərək monofizitliyə vadar olunanlar heç bir halda haykan və ya hay, yəni erməni sayıla bilməzlər.

Etnik özünüdərkdən, mədəniyyətdən və tarixdən məhrum edilənlər, Qədim Albaniyanın Katolikosluğunun Amaras, Qandzsar və Artsax yeparxiyalarının məhv olunaraq erməniləşdirilməsi nəticəsində "erməni" sayılanlarla əsl ermənilər, yəni haykanlar arasındakı fərqləri sezmək üçün tarixçi, yaxud etnoqraf olmağa gərək yox.

Tarixi reallığı etiraf edən, obyektiv olmağa çalışan, olayları və faktları danmayan ermənilərsə Ermənistanda, habelə erməni icmasının olduğu müxtəlif ölkələrdə pressinqə, inad edəndə isə terrora məruz qalırlar.

Dağlıq Qarabağ münaqişəsinin də kökündə haykanların, yəni ermənilərin saxtalaşdırdıqları uydurma tarix, ərazi iddiaları və xəstə təfəkkürün ambisiyaları durur.

Elə bu səbəbdən də qarabağlı erməniləri Ermənistan erməniləri, yəni haykanlar bəyənmir, etibar etmirlər. Qarabağlı erməniləri Ermənistanda ikinci dərəcəli insan sayır, təhqiramiz "şurtvats" ("dönmə, bic doğulmuş") adlandırırlar.

Yəni ermənilərin özləri də sövqi-təbii şəkildə etiraf edirlər ki, qarabağlı ermənilər haykan deyillər, erməni deyillər, etnik, mənəvi və tarixi baxımdan fərqli insanlardır.

Dağlıq Qarabağın və Azərbaycanın hazırda erməni işğalında olan digər ərazilərinin azad olunması həm də qarabağlı ermənilərin əsrlərdən bəri düçar olduqları haykan istibdadından, köləlikdən qurtulması deməkdir.

Qədim və unikal etnos olan qafqazlı albanların məhvdən qorunması da Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə şərtlənir.

Elçin Alıoğlu
Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    asi · 15 May 15:3261

    Ermənidilər, itdilər, qurddular hər kimdilərsə, fakt budur ki, erməni xislətli, erməni beyinli, erməni düşüncəli məxluqdurlar.Indi durub onların əslində kim olduqlarını kimə sübut etməliyik ki??Onlar erməni kimi oturub Qarabağda ermənilik edir, bizsə, məcbur, müharibə ilə qanuni torpaqlarımızdan çıxarılmışıq..Reallıq budur, yoxsa ki, filanıncı əsrdən qalma məsələlər yox...Birdə ki, indi biz ermənilərin sonradan Azərbaycan ərazisinə planlı şəkildə köçürülməsini, Qərbi Azərbaycanın ermənilərə verilib etnik təmizləməyə məruz qaldığımız həqiqətini dünyaya çatırmaq cəhdlərinin qarşılığında məqalədəki, guyaki Qafqaz albanlarının yarısı islamı qəbul etmiş, bir hissəsi də erməni təsirinə düşüb erməniləşməsi kimi cümlələrin nə yeri var ki???Azərbaycan Islam qəbul edəndə erməni var idi ki, erməni təsiri də ola??.

    Cavab yaz
    • Anonim
      Sabulla · 15 May 19:0501

      Elbetde var idi ermeniler eramızın evelinden Qafqazla serhede erazilere köçüb burda yaşamağa başlayıblar.

      Cavab yaz
      • Anonim
        asi · 16 May 00:5000

        Ay sən öləsən elə))Erməni ağlınla tək fikirləşdin yazdın???Birdən dinozavrlarla da qohumluğunuz olar, bilmərik...Sizdə hələ əsrimizin bu günündə düz əməlli formalaşma getməyib, eramızdan əvvəl nə itiniz azmışdı yer üzündə..

        Cavab yaz
      • Anonim
        vuqar · 16 May 12:3300

        Basin varsa tarixi oxu oxuya bilmirsense basqasindan oyren birde bele movqe gorsem sikayet edecem

        Cavab yaz
  • Anonim
    aa · 15 May 15:4230

    oooooooooooooooooooooooooooooooo--------------6 ci esr hara ------------------150 il hara..... ermenilerin qafqaza gelisi dunen olub.////,.

    Cavab yaz
  • Anonim
    Sevil · 15 May 17:0250

    Bele chixir ki, Qarabagi ishgal eden ermeni deyil azerbaycanlilardan toremelerdir. Ay berekallah bu meqaleni bu mentiqe getiren muellife.

    Cavab yaz
  • Anonim
    .. · 15 May 17:4150

    Ermeni ermenidi. Ilanin agina da lenet qarasinada

    Cavab yaz
  • Anonim
    Sabulla · 15 May 19:0201

    Çox sağolun bu meqaleye gore.Oxuyanda sanki öz fikirlerimi oxuyurdum. Şerh yazanlardan xahiş edirem eger tarixi sethi bilirsinizse meqaleni pislemek lazım deyil.

    Cavab yaz
  • Anonim
    cavab · 18 May 10:0900

    sabulla,sen ne milletisen ?Eger ermenisense cix sehifeden Terefine durmaqla senmi bize subut edeceksen tariximizi?Usaq da boyuk de hetta Lenin de bilirku ermeniler koxc edib gelib azerbaycan torpaqina meqsedyonlu sekilde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.