Siyasət

Ermənilər ATƏT-in Tiflisdə keçirilən konfransında təxribat törətmək istədilər

11 May 2017 13:40
1 Şərh     Baxış: 2 312

Ermənilər ATƏT-in "Saxta xəbərlər, dezinformasiya və KİV azadlığı" mövzusunda Tiflisdə keçirilən illik konfransında təxribat törətməyə cəhd göstəriblər. 

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tədbirdə çıxış edən zaman əksəriyyəti dövlət rəsmilərindən ibarət olan Ermənistan nümayəndə heyətinin üzvləri buna mane olmağa çalışıblar.  
H.Hacıyev "Report"a açıqlamasında bildirib ki, konfransda  Azərbaycanın bu sahədə olan təcrübəsini bölüşüb.

"Tədbirdə, mən xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində ermənilərin apardıqları dezinformasiya və təbliğat kampaniyaları haqqında danışdım. Eyni zamanda bu konteksdə erməni lobbisinin roluna və beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları və bunun geniş xarakter almasına toxundum. Həmçinin dezinformasiya və saxta təbliğat kampaniyalarının qarşısının alınması üçün milli səviyyədə Azərbaycan hökumətinin gördüyü işlərdən və tədbirlərdən bəhs etdim", - Azərbaycan XİN sözçüsü bildirib.

Erməni mətbuatında guya H.Hacıyevin tədbirdə çıxışının uğursuz və sona qədər çatdıra bilmədiyi, ermənilərin ona etiraz etdiyi barədə yayılan xəbərləri şərh edən H.Hacıyev deyib ki, bu, ermənilərin saxta xəbərlər və dezinformasiya ilə məşğul olmalarının növbəti nümunəsidir: "Təəssüflər olsun ki, erməni tərəfi bu dəfə də etik davranış qaydalarından nə qədər uzaq olduqlarını göstərdilər. Ermənistanın dövlət məmurları, Ermənistan Prezidenti Administrasiyasının, XİN-in və mediasının nümayəndələri öz səviyyələrini göstərdilər. Onlar çox aqressiv, kobud şəkildə prosesə müdaxilə etmək istəyirdilər, amma biz prosesi, çıxışımızı axıra qədər davam etdirdik və auditoriyanın çoxsaylı suallarına cavab verdik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.