Siyasət

"Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyəcək"

10 May 2017 12:57
0 Şərh     Baxış: 752

Fransanın hər zaman Ermənistanı dəstəkləməsinə və erməni "soyqırımı"nın tanınması barədə qətnamənin təşəbbüskarlarından biri olmasına baxmayaraq, yeni prezident Emmanuel Makronun seçilməsindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə, ümumilikdə Cənubi Qafqazla bağlı siyasəti dəyişməyəcək.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Enerji, təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib.

Onun sözlərinə görə, E.Makron administrasiyası əvvəlki hakimiyyətlərdən daha çox rusiyayönümlü siyasət aparacaq.

O, həmçinin qeyd edib ki, Fransa Almaniya və ABŞ-la da münasibətləri daha da möhkəmləndirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.