Siyasət

ATƏT-in İrəvan ofisinin bağlanması ilə bağlı XİN-dən AÇIQLAMA

6 May 2017 12:19
0 Şərh     Baxış: 1 600

"ATƏT-in İrəvan ofisinin bağlanması ilə bağlı qərar ondan irəli gəlir ki, Ermənistan rəhbərliyi ona ünvanlanan təkliflərə razılıq verməyib. Təkliflər isə Azərbaycanın legitim narazılıqlarına əsaslanırdı. Biz ATƏT tərəfindən müəyyən zəmanətlər tələb etmişdik ki, İrəvan ofisi öz fəaliyyətini yalnız Ermənistanın öz ərazisi çərçivəsində həyata keçirsin, bu fəaliyyət Azərbaycanın işğal altındakı ərazilərinə şamil olunmasın".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
 
"Azərbaycanın digər tələbi ondan ibarət idi ki, ATƏT-in İrəvan ofisində heç bir sahədə Ermənistan-Azərbaycan münaqişəsi məsələlərinə, onun həlli istiqamətində görülən işlərə, bu fəaliyyətlərin siyasi, hərbi, iqtisadi aspektlərinə toxunulmasın. Bu iki məsələ qaldırılmışdı və nəticə olaraq Avstriya sədrliyi müəyyən dəyişiklik etdi və təkliflər verdi. Lakin Ermənistan tərəfi buna razılıq vermədi. Avstriya və ATƏT-in digər üzvləri bizim narazılıqları qəbul edərək belə qərara gəldilər ki, bu halda İrəvan ofisi fəaliyyətini davam edə bilməz. Beləliklə, bağlanma prosesi başlayıb. 3 ay ərzində proses başa çatdırılmalıdır", - deyə A. Əzimov söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.