Siyasət

Ukraynadakı səfirlik Azərbaycan mətbuatına MÜRACİƏT ETDİ

3 May 2017 15:35
0 Şərh     Baxış: 841

Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, son zamanlar yerli mətbuatda Ukraynada yaşayan bəzi azərbaycanlıların problemləri və o cümlədən aktiv fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə bağlı məlumatlar şişirdilir.
 
Bildirilir ki, bu kimi yazılar ölkənin imicinə zərbə vurur: "Qeyd etmək lazımdır ki, Azərbaycanla Ukrayna arasında tarixi köklərə əsaslanan xüsusi dostluq və strateji əlaqələr mövcuddur və çoxsaylı oxucu kütləsini cəlb etmək üçün yazılan bu kimi sensasiya xarakterli yazılar bu münasibətlərə təsir edə bilməz. Hətta Azərbaycan şirkətləri və azərbaycanlılar hansısa çətinliklərlə üzləşsə belə, bu məsələlər işgüzar səviyyədə, iki ölkənin hökumətləri arasında qarşılıqlı anlaşma əsasında həll olunur".
 
Qeyd olunub ki, Azərbaycanla Ukrayna arasında bütün səviyyələrdə qarşılıqlı anlaşma və yüksək siyasi dialoq mövcuddur. Bütün bunları nəzərə alaraq, Ukraynanın Azərbaycandakı səfirliyi kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, Azərbaycan-Ukrayna əlaqələrinə dair materiallar dərc edilərkən səfirliklə razılaşdırılsın və razılıq olmadan səfirliyin adından məqalələr dərc olunmasın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.