Siyasət

“Türk milləti bu kağız parçasını qəbul etməz" - Musa Qasımlı

30 Aprel 2017 21:57
Baxış: 1 407

"AŞPA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək barədə qərarı təməlləri, əsası olmayan, Türkiyə gerçəkliklərini əks etdirməyən, ədalətsiz və qərəzli bir qərardır və Türkiyə dövləti və milləti üçün yox hökmündədir".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, professor Musa Qasımlı deyib.

Millət vəkilinin fikrincə, türk milləti ikili standartların iyrənc nümunəsi, istifadəsiz kağız parçası qədər qiymətsiz olan və səlib yürüşləri dövrünün psixologiyasının bərpasına yönəlmiş bu qərarı heç bir zaman qəbul etməz:"Türkiyənin atacağı cavab addımları tamamilə düzgün və məntiqi olacaq. Türk milləti heç kimsənin haqsız qərarlarına boyun əyməz. Qərarı qəbul edilən lazımi cavablarını da alacaqlar."

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.