Siyasət

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışdı - "Baxarıq"

30 Aprel 2017 09:19
0 Şərh     Baxış: 1 379

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə sınağı keçirəcəyi təqdirdə buna sevinməyəcək. 

Milli.Az report.az-a istinadən bildirir ki, Ağ Ev rəhbəri bununla bağlı "CBS"-ə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, KXDR lideri Kim Çen In ABŞ-ın ballistik raketin buraxılışına görə şad olmayacağını başa düşür. O, həmçinin Çin lideri Si Çzinpinin Şimali Koreya liderinə təzyiq göstərəcəyinə əminliyini də ifadə edib.

"Əgər o (Kim Çen In) nüvə sınağı keçirsə, mən buna sevinməyəcəm. Və mən sizə deyə bilərəm ki, Çin prezidenti - çox hörmətli insan da çətin ki buna sevinsin" - deyə Tramp bildirib.

ABŞ prezidenti onun bu sözlərinin hərbi əməliyyatları nəzərdə tutub-tutmaması barədə sualdan yayınıb. "Mən bilmirəm, baxarıq" - deyə Tramp mövzunu qapadıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.