Siyasət

Serj Sarkisyandan müharibə mesajı: "Hazır olun!"

27 Aprel 2017 21:54
12 Şərh     Baxış: 3 522

"Qarabağda yeni müharibə təhlükəsi mövcuddur. Bu, bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər. Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır. Hansı ki, bu, sabah başlaya bilər".

Milli.Az istipress.com-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan "Frans-press" agentliyinə müsahibəsində deyib.

Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öhdəliklərini yerinə yetirməsi tələbini xatırladaraq, müharibə qorxusunun olduğunu bildirib. Əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.

Serj Sarkisyan həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyadan kömək istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. Həmçinin, Rusiyanın Azərbaycana silah satmasından təəssüfləndiklərini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.