Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək - TARİX AÇIQLANDI

27 Aprel 2017 17:08
1 Şərh     Baxış: 1 615

"Daha əvvəl əldə olunmuş razılaşmalara əsasən aprelin 28-i Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçiriləcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, danışıqlar zamanı görüşə ATƏT Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik qatılacaq.

M.Zaxarova qeyd edib ki, görüş zamanı problemli aspektlər üzrə tərəflərin mövqelərinin müəyyənləşdirilməsi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı növbəti addımların müzakirə olunması nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.