Siyasət

İran və Ermənistan müdafiə nazirləri Dağlıq Qarabağ haqda danışdılar

27 Aprel 2017 12:53
0 Şərh     Baxış: 2 065

İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada ermənistanlı həmkarı Vigen Sarkisyanla görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.  
Nazirlikdən bildirilib ki, tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər: "Nazirlər növbəti dəfə münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıblar".

Qeyd edək ki, aprelin 26-da Moskvada VI Beynəlxalq Təhlükəsizlik konfransı başlayıb. Bu konfrans Rusiya Müdafiə Nazirliyinin himayəsi altında 2012-ci ildən bəri hər il keçirilir. İran və Ermənistan müdafiə nazirləri Hüseyn Dehqan və Vigen Sarkisyan konfransda iştirak edir. 
Tədbir bu gün başa çatacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.