Siyasət

İrandakı prezident seçkilərinə görə Azərbaycanda 2 seçki məntəqəsi yaradılacaq

27 Aprel 2017 11:52
1 Şərh     Baxış: 1 070

İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan iranlıların səs verməsi üçün iki seçki məntəqəsi yaradılması nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, seçki məntəqələri İranın Azərbaycandakı səfirliyi və İranın Naxçıvandakı konsulluğunda fəaliyyət göstərəcək. Azərbaycanda 2000-dən çox iranlının seçkidə iştirakı gözlənilir. Seçkilərin Bakıda keçiriləcək "Bakı - 2017" IV İslam Həmrəyliyi oyunları ərəfəsində baş tutması ilə əlaqədar olaraq, həmin oyunların iranlı iştirakçıları və Azərbaycana İrandan gələn turistlərin də seçkilərdə iştirakına şərait yaradılacaq.

Qeyd edək ki, bu il mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. İranın hazırki prezidenti Həsən Ruhani növbəti dəfə prezident seçilmək üçün namizədliyini irəli sürüb. H.Ruhaninin əsas rəqibi İranın nüfuzlu din xadimi İbrahim Rəisi hesab olunur.

Xatırladaq ki, H.Ruhani 2013-cü ildə seçkilərdə qalib gələrək İran İslam Respublikasının prezidenti seçilib. H.Ruhaninin prezidentlik dönəmində İran və Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər artan xətt üzrə inkişaf edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.