Siyasət

"Trampla problemləri olan Skott Dvorkin başqaları haqqında yalan danışmaqla təsəlli tapır"

26 Aprel 2017 13:33
Baxış: 665

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov onun haqqında yalan məlumatlar yayan ABŞ-lı siyasətçiyə yenidən müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, "Trampa qarşı demokratik koalisiya"nın direktorlarından biri Skott Dvorkinə "Tvitter" səhifəsindən müraciət yayımlayıb.

N.Məmmədov üzr istəməsini gözlədiyini bildirib:

"Mən bir həftə sizdən üzrxahlıq gözlədim, amma siz səssizliyi qorumağa üstünlük verdiniz. Görünür ki, sizin kimilər müəyyən şəxs haqqında ictimai rəy formalaşdırıb, istənilən şeyləri yazmağı sevirlər".

N.Məmmədovun fikrincə, S.Dvorkin ABŞ Prezidenti Donald Trampla problemlərini nəzərə alaraq, tanımadığı insanlar haqqında nağıllar uydurmaqla təsəlli tapır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.