Siyasət

İrəvan Bakının anons etdiyi üçtərəfli görüşdən imtina edir, Nalbəndyan getmir

26 Aprel 2017 11:55
2 Şərh     Baxış: 1 642

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada sabah aprelin 27-də gözlənilən və Bakıdan anons edilən görüşü baş tutmayacaq.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan tərəfi belə görüş üçün rəsmi razılıq olmadığını bildirib. "Qraparak" qəzetnin yazdığına görə xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya getmək niyyətində deyil.

Xatırladaq ki, nazirlərin Moskvada görüşünün baş tutacağına dair Azərbaycanın xəbər agentliklərindən biri "Rusiya diplomatik qaynaqlarına istinadən" xəbər yaymışdı. Lakin dərhal Ermənistan xarici işlər naziri jurnalistlərə bildirdi ki, hansısa görüş barədə razılıq əldə olunursa bu, hər iki tərəfdən rəsmən bildirilir. İndi isə Nalbəndyan belə razılığın olmadığına eyham edib.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün təşkili təşəbbüsü Moskvadan gəlib. Ən azından ötən ay Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı ilə görüşdən sonra demişdi ki, Lavrov belə görüşün baş tutması təşəbbüsünü dəstəkləyir. Erməni tərəfi isə bu məsələnin üstündən sükutla keçməyə üstünlük verib.

Ümumiyyətlə, son vaxtlar Ermənistan bir neçə dəfə Qarabağa dair müzakirələrdən yayınıb və faktiki olaraq danışıqlar prosesini dayandırıb.

Üçtərəfli görüş olmasa da Azərbaycan xarici işlər nazirinin sabah Moskvaya gedəcəyini erməni mənbələri də təsdiqləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.