Siyasət

Böyük Britaniya Rusiyaya nüvə zərbəsi endirə bilər

25 Aprel 2017 23:47
7 Şərh     Baxış: 2 180

Böyük Britaniyanın müdafiə nazirinin bəyanatı onu göstərir ki, onlar nüvə təhlükəsinin qarşısının alınması üçün preventiv nüvə zərbəsi endirməyə hazırdırlar. Bu bəyanatın ünvanı isə Kremldir.
Milli.Az modern.az-a istinadən bildirir ki, bunu Rusiyanın hərbi eksperti Pavel Felqenhauer bildirib.
 
Ekspertin fikrincə, bu, nüvə müharibəsinin başlanacağının anonsu deyil və belə bəyanat normaldır. Çünki söhbət nüvə silahı təhlükəsindən gedir.
 
"Bəs Böyük Britaniya kimi nəzərdə tutur" sualına isə Felqanhauer belə cavab verib:
 
"Əlbəttə ki, Rusiyanı. Görünür Böyük Britaniyanın bu potensialı mövcuddur və onu tətbiq etməyə hazırdır. Bu, heç bir ləngimə həyata olmadan həyata keçirilə bilər".
Ekspert bildirib ki, nüvə silahının tətbiq olunmamasına böyük miqdarda pul xərcləmək mənasızdır.
 
"Çünki qarşı tərəf real nüvə təhlükəsindən şübhələnəcəksə, zərbə endirəcək. Amma bu təhdid, təhlükə real və ciddi olmalıdır".
 
Qeyd edək ki, Böyük Britaniyanın müdafiə naziri  Maykl Fellon bəyan edib ki, ölkəsi ehtiyac olduğu halda önləyici nüvə zərbəsi endirməyə hazırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.