Siyasət

Tramp Azərbaycan müxalifətinin pulunu kəsdi

25 Aprel 2017 10:25
3 Şərh     Baxış: 4 595

ABŞ Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı azaldılacaq və ya tamamilə ləğv ediləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində deyilir.
Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra tərtib edilən plan özündə inkişaf etməkdə olan ölkələrə yardımın üç dəfə azalmasını ehtiva edir.

Sənəd layihəsinə görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrə Dövlət Departamenti xətti ilə maliyyə yardımı ləğv edilə bilər. Ermənistana maliyyə yardımı 77,3%, Moldovaya 47,4%, Ukraynaya 68,8% azalacaq. Azalma həmçinin Gürcüstana da şamil olunacaq.

Sənəddə, həmçinin ölkə xaricində layihələrlə məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ABŞ Dövlət Departamenti ilə birləşdirilməsi planı yer alıb.

Qeyd edək ki, Dövlət Departamenti maliyyə dəstəyini şöbələrindən biri olan USAİD vasitəsilə gerçəkləşdirirdi. Demokratik dəyələrin inkişafı adı ilə ayrılan vəsaitlər, əsasən, sözügedən ölkələrin müxalifət qüvvələrinin büdcəsinə oturdulurdu. Görünən odur ki, Trampın bu qərarından sonra Azərbaycan müxalifəti maliyyə dəstəklərindən birindən məhrum olacaq.      

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.