Siyasət

Venesuela qaynayır: müxalifət ağ geyindi - FOTO

24 Aprel 2017 16:11
0 Şərh     Baxış: 1 075

Venesuelanın paytaxtı Karakasda on minlərlə insan yeni etiraz nümayşinə çıxıb. Onlar son günlərdəki aksiyalarla həbs olunan, döyülən və öldürülən insanların hüquqlarının pozulmasını xatırladaraq ağ rəngli paltarlarda olublar.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, aksiya Karakasın ən intensiv hərəkətli avtomagistrallarından olan Distribuidor de Altamirada başlayıb.

Bir neçə saatdan sonra Venesuelanın digər şəhərlərində də etiraz aksiyaları başlanıb.

Son həftələrdə Venesuelada ciddi siyasi böhran yaşanır. Səbəb Ali Məhkəmənin ölkə prezidenti Nikolas Maduro və parlamentiin səlahiyyətləri barədə qərarı, habelə Miranda ştatının qubernatoru Enrike Kaprilesə bundan sonrakı 15 il ərzində seçkili vəzifələrdə çalışmasını yasaqlamasıdır.

"Demokratik Birlik Bloku" adlı müxalifət alyansının verdiyi məlumatta görə, etiraz aksiyalarında 523 nəfər xəsarət alıb, 1354 nəfər həbs olunub.

Həlak olanların sayı isə 12 nəfərə çatıb. Daha 8 nəfər Karakasda nümayişlərdən sonrakı iğtişaşlar zamanı çörək dükanını qarət etməyə çalışanda həlak olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.