Siyasət

Parisdə "barrikadalar gecəsi": "Bizə fərq etməz!" - VİDEO - FOTO

24 Aprel 2017 12:24
0 Şərh     Baxış: 1 263

Fransada prezident seçkilərinin ilk turunda Parisdə kütləvi iğtişaşlar olub.

Milli.Az Le Parisien-ə istinadən bildirir ki, polislə nümayişçilərin toqquşmasında iki nəfər yaralanıb, 3 nəfər tutulub.

Respublika Meydanındakı toqquşma zamanı polis aksiya iştirakçılarına qarşı səs qumbaraları və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə polisə fayerlər, daş və butulkalar atıblar.

Şimal Vağzalı və Bastiliya Meydanında da aksiyalar olub.

"Barrikadalar gecəsi" adlı aksiyaya qatılanlar prezident seçkilərinin ilk turunun sonuclarına etiraz edirdilər.

Nəticələr açıqlanan kimi Bastiliya meydanında aksiya başlanıb. Yüzlərlə fransalı nəqliyyatın hərəkətinə mane olaraq barrikadalar qurmağa çalışıblar. Onlar "Marin Le Pen və ya Makron - bizə fərq etməz! Seçkilərin nəticələrin tanımırıq!" qışqırırdılar.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Parisdə

Беспорядки в Париже: сожжены автомобили, десятки задержанных - 1

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.