Siyasət

Mərakeşin xarici işlər naziri Azərbaycana gələcək

22 Aprel 2017 16:23
0 Şərh     Baxış: 482

Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.

Milli.Az bildirir ki, bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.

Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: "İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.