Siyasət

Aİ Azərbaycanın "Sülh platforması" ilə əməkdaşlıq imkanını istisna etmir

21 Aprel 2017 16:29
Baxış: 634

"Avropa İttifaqı (Aİ) Azərbaycanın Ermənistanla Azərbaycan arasında sülh platforması ilə əməkdaşlıq imkanını istisna etmir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib.

O qeyd edib ki, bölgəyə səfəri zamanı təşəbbüsün nümayəndələrindən biri ilə görüşüb: "Mən əməkdaşlığa açığam və çalışacağam ki, bu platformanın fəaliyyətini daha yaxşı başa düşüm. Əməkdaşlıq imkanlarını da istisna etmirəm".

Diplomatın sözlərinə görə, səfər zamanı ölkə rəhbərliyi ilə görüşlərdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıb: "Fikrimcə, münaqişə sülh yolu ilə, hərbi güc istifadə edilmədən həll olunmalıdır. Bu, çox vacibdir".

O qeyd edib ki, Aİ bu münaqişənin həllində birbaşa vasitəçi olmasa da, ATƏT Minsk qrupunun bu istiqamətdəki səylərini tam dəstəkləyir: "Vasitəçilərin fəaliyyəti ilə bağlı səslənən tənqidi fikirlərə baxmayaraq, qərarları bilavasitə münaqişə tərəfləri qəbul etməlidir. Beynəlxalq ictimaiyyət yalnız məsləhət və ya təklif verə bilər, heç bir qərarı qəbul etdirə bilməz. Münaqişənin siyasi yolla həlli yalnız atəşkəs rejiminə əməl olunması şəraitində əldə oluna bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.