Siyasət

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib - FOTO

21 Aprel 2017 10:46
Baxış: 197

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" superturnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov bildirdi ki, bu cür mötəbər turnirin keçirilməsi həm Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfəsini verir və həm də regional turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. O, dünyada xeyli sayda insanın bu tədbirə böyük maraq göstərdiyini dedi.

"Shamkir Chess 2017" superturnirin əhəmiyyətinə toxunan dövlətimizin başçısı onun artıq ənənəvi bir tədbirə çevrildiyini, şəxsən Kirsan İlümjinovun və dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakını tədbirin səviyyəsinin daha da yüksəlməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev bu cür mötəbər beynəlxalq tədbirlərin təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da keçirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı ümumilikdə Azərbaycanın regionlarının inkişaf etdirilməsi və lazımi infrastrukturun yaradılması baxımından ölkəmizdə böyük işlərin görüldüyünü vurğuladı.

Söhbət zamanı Azərbaycanda dövlət səviyyəsində idmana böyük qayğı göstərildiyi bildirildi və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.